Azərbaycan, Bakı, 3 may /Trend/
Sabah Azərbaycanda havanın temperaturu qismən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 4-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanda havanın temperaturu qismən yüksələcək
Sabah Azərbaycanda havanın temperaturu qismən yüksələcək.
