...

"Avroviziya 2011"də Azərbaycanın qələbəsi türk xalqının da qələbəsidir - Mustafa Kabakçı

Cəmiyyət Materials 15 May 2011 14:51 (UTC +04:00)
Eldar Qasımovla Nigar Camalın (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011"in qalibi olması Türk xalqının da qələbəsidir. Bu barədə bazar günü Trend-ə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib.
"Avroviziya 2011"də Azərbaycanın qələbəsi türk xalqının da qələbəsidir - Mustafa Kabakçı

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir R.Hafizoğlu/

Eldar Qasımovla Nigar Camalın (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011"in qalibi olması Türk xalqının da qələbəsidir. Bu barədə bazar günü Trend-ə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib.

"Mən indi müxtəlif insalarla görüşürəm və Türkiyədə hər kəs bu qələbəni öz qələbəsi kimi qiymətləndirir." - Kabakçı əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin final mərhələsinə keçməməsinə rəğmən türk xalqı Azərbaycanın qələbəsinə görə çox sevinir.

"Ən vacib fakt da odur ki, səhnədə Türkiyə və Azərbaycan bayrağı birlikdə dalğalanırdı." - o vurğulayıb.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.

Almaniyanın Düsseldorf şəhərinin "Espirit Arena" stadionunda təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötən ilki qalibi Lena Mayer-Landrut ifası ilə açıb. Sonra səhnəyə "Avroviziya 2011" müsabiqəsində iştirak edən 43 ölkənin bayrağı ilə qızlar səhnəyə daxil olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti