...

Azərbaycanın Las-Veqasdakı forumda iştirakı inkişaf etməkdə olan turizm bazarına malik ölkə kimi özünü tanıtmaq istəyindən irəli gəlir - nazir

Cəmiyyət Materials 19 May 2011 12:41 (UTC +04:00)
Las-Veqasda keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (ÜSTŞ) illik sammitində Azərbaycanın nümayəndə heyətinin iştirakı respublikanın inkişaf etməkdə olan turizm bazarına malik ölkə kimi özünü tanıtmaq stəyindən irəli gəlir.
Azərbaycanın Las-Veqasdakı forumda iştirakı inkişaf etməkdə olan turizm bazarına malik ölkə kimi özünü tanıtmaq istəyindən irəli gəlir - nazir

Azərbaycan, Bakı, 19 may /Trend/

Las-Veqasda keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (ÜSTŞ) illik sammitində Azərbaycanın nümayəndə heyətinin iştirakı respublikanın inkişaf etməkdə olan turizm bazarına malik ölkə kimi özünü tanıtmaq stəyindən irəli gəlir. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Las-Veqasda bilririb.

1990-cı ildə yaradılan ÜSTŞ turizm sahəsinin dünya iqtisadiyyatında səmərəli iştirakını təmin etmək, bu məqsədlə ölkələrin hakimiyyətləri ilə danışıqlar aparmaq və öz sektorunun inkişafındakı maneələri aradan qaldırmağı qarşısına məqsəd qoyub. Şuranın təsisçisi BMT Ümumdünya Turizm Təşkilatıdır. Azərbaycan bu quruma 2001-ci ildə daxil olub. Bu il respublikada "Turizm ili" elan edilib. Bununla əlaqədar artıq dünyanın aparıcı şirkətləri Azərbaycanda öz mehmanxanalarını açmaq planlarını haqqında bildiriblər. "Bu, bizim dünya turizm bazarı və məkanına daxil olduğumuzu sübut edir", - nazir qeyd edib.

Qarayev İTAR-TASS müxbirinə müsahibəsində ÜSTŞ-nin mübarizə apardığı viza, gömrük və digər normaların tam aradan qaldırılması barədə danışmağın hələ tez olduğunu hesab edib. "Biz bunların aradan qaldırılması barədə danışa bilmərik, bu ya bütün ölkələrin və məkanların hipertrofiyasına, ya da distrofiyasına gətirib çıxara bilər", - nazir qəti şəkildə bildirib. O kompromis yolla - viza rejimlərinin sadələşdirilməsi, gömrük yığımlarının tədricən məhdudlaşdırılmasına doğru hərəkət etməyi təklif edib ki, bu da insanlar arasında əlaqələrin asanlaşması məqsədlərinə cavab verir və "zamanın obyektiv tələbidir". "Hesab edirəm ki, bu istiqamətdə irəliləmək lazımdır", - o əlavə edib.

Qarayev ÜSTŞ sammitini "çox faydalı" tədbir hesab edib, çünki turizm sektoru bir çox hallarda "dünya iqtisadi proseslərindəki dəyişikliklərin qəbul edilməsində katalizator" rolunu oynayır. ÜSTŞ statistikasına görə, turizm və səyahətlərin dünya iqtisadiyyatında payı maşınqayırmanın payını üstələyir, yalnız bank biznesindən geri qalır. Həm də turizmin alternativi yoxdur, çünki müasir bəşəriyyət daima yeni yaşayış, iş yeri, idrak və sadəcə ətalətdən can qurtarmaq üçün axtarışda olacaq. Nazir belə forumun gələcəkdə Rusiya və ya Azərbaycan ərazisində keçirilməsinin mümkünlüyünə ümidini ifadə edib.

Xəbər lenti

Xəbər lenti