...

Beynəlxalq Hava Limanının yaxınlığında iməcilik keçirilib

Cəmiyyət Materials 21 May 2011 14:24 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, iməcilikdə 5 hektar sahədə 3000 ədəd zeytun ağacı əkilib.
Beynəlxalq Hava Limanının yaxınlığında iməcilik keçirilib

Azərbaycan, Bakı, 21 may /Trend/

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar bu gün Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, iməcilikdə 5 hektar sahədə 3000 ədəd zeytun ağacı əkilib.

Peşə bayramı ilə əlaqədar iməciliklər respublikanın yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında da keçirilib.

Nazirlik hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə şərait yaradan hallara biganə qalmamağa çağırır.

Xəbər lenti

Xəbər lenti