...

ABŞ səfirliyi və Ali&Nino Çap Evi "Çərpələng Uçuran" kitabının Azərbaycan dilinə tərcüməsini təqdim edib

Cəmiyyət Materials 27 May 2011 18:37
ABŞ-ın Azərbaycandakı səfirliyi və Ali & Nino Çap Evi bu gün Xalid Hüseyninin "Çərpələng Uçuran" kitabının Azərbaycan dilində tərcüməsini təqdim edib
ABŞ səfirliyi və Ali&Nino Çap Evi "Çərpələng Uçuran" kitabının Azərbaycan dilinə tərcüməsini təqdim edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may /Trend/

ABŞ-ın Azərbaycandakı səfirliyi və Ali & Nino Çap Evi bu gün Xalid Hüseyninin "Çərpələng Uçuran" kitabının Azərbaycan dilində tərcüməsini təqdim edib.

Təqdimat İçəri Şəhərdə, Qız Qalasının yanında yerləşən Ali & Nino kitab mağazasında keçirilib.

"Çərpələng Uçuran" kitabı 2003-cü ildə Birləşmiş Ştatlarda çap ediləndən sonra beynəlxalq arenada ən çox satılan kitablardan olub. Xalid Hüseyninin 2007-ci ildə əsasında məhşur kinofilm çəkilən bu hekayəsi Əfqanistan kontekstində etibar və xəyanət, ümid və ümidsizlik haqqında insan hekayəsidir.

Ali & Nino çap evinin əməkdaşlığı ilə ABŞ səfirliyi bu kitabı ilk dəfə olaraq Azərbaycan dilində təqdim edir. Səfirliyin kitab tərcüməsi proqramı mühüm ABŞ bədii və sənədli ədəbiyyatının Azərbaycan ictimaiyyəti üçün tərcüməsini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti