Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurası magistr dərəcəsi almaq istəyən tələbələrin praktiki işlərini yoxlamaq üçün mütəxəssislər ayırıb. Bu barədə cümə günü Trend-ə MŞ sədri Əflatun Amaşov bildirib.
Amaşov qeyd edib ki, bu siyahı artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunub.
Onun sözlərinə görə, TQDK tərəfindən bunun üçün bir müddət öncə müraciət ünvanlanmışdı və bu məqsədlə də artıq redaktorlardan, peşəkar jurnalistlərdən və müəllimlərdən ibarət ekspertlər ayrılıb.
Ekspertlər magistr təhsili almaq istəyən jurnalistlərin yazılarını yoxlayacaq və qiymətləndirəcəklər.
2011-2012-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.