...

Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdə balıqların virusa yoluxmalarına dair məlumata aydınlıq gətirib

Cəmiyyət Materials 9 İyun 2011 13:19 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə balıqlar arasında virusa yoluxma hallarının olmasına dair məlumata aydınlıq gətirib.
Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdə balıqların virusa yoluxmalarına dair məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə balıqlar arasında virusa yoluxma hallarının olmasına dair məlumata aydınlıq gətirib.

"Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda balıqların vəziyyəti normaldır və onlarla bağlı heç bir problem yoxdur", - cümə axşamı Trend-ə ETSN-in Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Qabil Məmmədov deyib.

"Məlumatı İran tərəfi yayıb, amma onun nə dərəcədə real olduğu bilinmir. Azərbaycanda isə hələ elə virus aşkarlanmayıb", - Məmmədov bildirib.

İran Balıqçılıq Tədqiqat İnstitutunun bu gün yaydığı məlumata görə, Xəzərin İran sektorunda patogenlər (xəstəliktörədən) kefal balıqlarına hücum edib. Hazırda bu virusun digər balıq növlərinə yoluxmasının qarşısının alınması üçün genişmiqyaslı araşdırmalar aparılır.

Yanvarda Xəzərin İran hissəsində kütləvi balıq ölümü qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti