...

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin hazırlanması təklif olunur

Cəmiyyət Materials 9 İyun 2011 15:15 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğu ilə bağlı məcəllənin hazırlanması təklif olunur. Bu barədə Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin  hazırlanması təklif olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğu ilə bağlı məcəllənin hazırlanması təklif olunur. Bu barədə Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.

O bildirib ki, dövlət qulluğu sahəsindəki münasibətləri tənzimləyən normativ hüquqi aktların vahid məcəllədə toplanması zərurəti var.

Xəlilov deyib ki, Komissiyanın gələcəkdə belə bir layihə hazırlayıb müzakirəyə çıxarması mümkündür.

"Bu sahədə məcəllə qəbul olunarsa, həm dövlət qulluğu ilə bağlı qanunvericiliyin tətbiqində rahatlıq yaranar, həm də meydana çıxan çatışmazlıqlar aradan qaldırılar", - Komissiya sədri vurğulayıb.

Dövlət qulluğu sahəsində münasibətlər Konstitusiya, Əmək Məcəlləsi, qanunlar və digər normativ aktlarla tənzimlənir.

Xəbər lenti

Xəbər lenti