...

"Jurnalist akademiyası"nın məzunlarına sertifikatlar təqdim olunub

Cəmiyyət Materials 10 İyun 2011 21:16 (UTC +04:00)
Çingiz Mustafayev adına fondun, ANS şirkətlər qrupunun və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan "Jurnalist akademiyası" kurslarının məzunlarına sertifikatlar təqdim olunub. Trend-in məlumatına görə, Sertifikatların təqdim olunması mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və media nümayəndələri iştirak ediblər.
"Jurnalist akademiyası"nın məzunlarına sertifikatlar təqdim olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Çingiz Mustafayev adına fondun, ANS şirkətlər qrupunun və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan "Jurnalist akademiyası" kurslarının məzunlarına sertifikatlar təqdim olunub. Trend-in məlumatına görə, Sertifikatların təqdim olunması mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və media nümayəndələri iştirak ediblər.

ANS Şirkətlər qrupunun prezidenti Mustafayev çıxış edərək qeyd edib ki, kurslarda iştirak etmək üçün 100 nəfər müraciət etmişdi, onlardan 25 nəfəri kurslarda iştirak üçün seçilib. Kurslarda iştirak edən 22 nəfər sertifikata layiq görülüb.

Mustafayev bildirib ki, bu cür kurslar artıq 5-ci ildir ki, təşkil olunur. Onun sözlərinə görə, kurslar zamanı həm yerli, həm də xarici mütəxəssislər kurs iştirakçılarına mühazirələr söyləyib. Mustafayev onu da qeyd edib ki, kursu bitirənlər 2 həftə müddət ərzində ANS televiziyasında təcrübə keçəcəklər.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanda peşəkar jurnalistikanın inkişaf etdiyini bildirib. O Azərbaycan jurnalistləri ilə münasibətlərinin yaxşı olduğunu xatırladıb.

"Mən ATƏT-in Minsk qrupunun həmsədri olduğum müddətdə də, səfir vəzifəsində çalışdığım müddətdə də media üçün açıq olmağa çalışmışam." - o əlavə edib.

Daha sonra kursun iştirakçıları öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Xəbər lenti

Xəbər lenti