...

"İnzibati icraat" adlı kitab nəşr olunub

Cəmiyyət Materials 20 İyun 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABA ROLİ-nin ayırdığı qrant vəsaiti çərçivəsində, "İnzibati icraat" adlı kitab nəşr edib.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, Milli Məclisin sektor müdiri İlqar Cəfərovun müəllifi olduğu 258 səhifəlik kitab 2000 tirajla nəşr olunub.

Kitabın elmi redaktoru, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, elmi məsləhətçisi hüquq elməri doktoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkital-Nəzarət Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov, rəyçi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub, nəşrə məsul şəxslər isə hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov və hüquq üzrə fəlsəfə doktoru Ayxan Rüstəmzadə olub.

Kitab hakimlər, prokurorlar, vəkillər, hüquq fakultəsinin tələbələri, hakimlər, hakim köməkçiləri, məhkəmə aparatının işçiləri, o cümlədən geniş hüquq ictiması üçün nəzərdə tutulub.

Kitab pulsuz yayılır.

Xəbər lenti

Xəbər lenti