...

Qax rayonunda baş verən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 23 İyun 2011 13:51 (UTC +04:00)
Azərbaycanın Qax rayonunda baş verən yanğın hadisənin İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb. Bu barədə Trend-ə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Qax rayonunda baş verən yanğının qoruq ərazisinə keçməsinin  qarşısı alınıb - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Qax rayonunda baş verən yanğın hadisənin İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb. Bu barədə Trend-ə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İyunun 21-də İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Yanğın Dövlət Fonduna aid olan qış-otlaq sahəsinin 20 hektar ərazisini əhatə edib.

İbrahimovanın sözlərinə görə, İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb.

Hazırda hadisə ilə bağlı ərazidə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti