...

Azərbaycan çaylarında sululuq səviyyəsi normadan dörd dəfə yüksəkdir

Cəmiyyət Materials 23 İyun 2011 14:20 (UTC +04:00)
Azərbaycanda şimal və cənub rayonlarının çaylarında sululuq səviyyəsi ongünlük normadan dörd dəfə yüksəkdir.
Azərbaycan çaylarında sululuq səviyyəsi normadan dörd dəfə yüksəkdir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanda şimal və cənub rayonlarının çaylarında sululuq səviyyəsi ongünlük normadan dörd dəfə yüksəkdir.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, iyunun 22-də axşam saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb, Türyançay, Ağçay, Hamamçay və Kürmükçay çaylarından qısamüddətli daşqınlar olub.

Hazırda Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normadan dörd dəfəyədək, Balakən-Şəki bölgəsi çaylarında isə iki dəfəyədək çoxdur.

Nazirliyin məlumatında tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 m3/san, yəni ongünlük normanın 111 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 190 m3/san (ongünlük normanın 114 faizini) təşkil edir.

Kür çayının Surra məntəqəsində hazırda suyun səviyyəsi 545 sm (2010-cu il iyunun 23-də səviyyə 799 sm), Şirvanda 474 sm (723 sm), Salyanda 515 sm (719 sm), Bankədə 327 sm (421 sm), Araz çayının Novruzlu məntəqəsində isə 315 sm (535 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti