...

Aparıcı Avropa universitetinin bazasında Azərbaycan-Xəzər Araşdırmalar Mərkəzi yaradılacaq

Cəmiyyət Materials 23 İyun 2011 18:48 (UTC +04:00)
Avropanın qocaman universitetlərindəm biri olan və 1348-ci ildə Kral IV Karl tərəfindən yaradılan Karl Universitetinin bazasında Azərbaycan-Xəzər Araşdırmalar Mərkəzi yaradılacaq.
Aparıcı Avropa universitetinin bazasında Azərbaycan-Xəzər Araşdırmalar Mərkəzi yaradılacaq

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Avropanın qocaman universitetlərindəm biri olan və 1348-ci ildə Kral IV Karl tərəfindən yaradılan Karl Universitetinin bazasında Azərbaycan-Xəzər Araşdırmalar Mərkəzi yaradılacaq.

Bu barədə saziş Azərbaycanın Çexiyadakı səfirliyi ilə Karl Universitetinin fəlsəfə fakültəsi arasında imzalanıb. Trend-in məlumatına görə, bunu diplomatik missiyadan bildiriblər.

Mərkəzdəki işlər çərçivəsində elmi fəaliyyət və elmi materialların dərc olunması ilə yanaşı, Azərbaycan və Xəzər hövzəsi ölkələri ilə bağlı konfransların, "dəyirmi masa"ların və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanın Çexiya Respublikasındakı səfiri Tahir Tağızadə fəlsəfə fakültəsinin dekanı, dosent Mixal Stexliklə, Yaxın Şərq və Afrika Araşdırmaları İnstitutunun rəhbəri Eduard Qombar və elmlər doktoru Eltay Dilbazi ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti