...

Socçidə Andranikin heykəlinin sökülməsi Rusiya azərbaycanlılarının qələbəsidir

Cəmiyyət Materials 30 İyun 2011 18:30 (UTC +04:00)
Soçidə Andranik Ozanyanın heykəlinin sökülməsi Rusiya azərbaycanlılarının qələbəsidir.
Socçidə Andranikin heykəlinin sökülməsi Rusiya azərbaycanlılarının qələbəsidir

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva /

Soçidə Andranik Ozanyanın heykəlinin sökülməsi Rusiya azərbaycanlılarının qələbəsidir. Tədqiqatçı jurnalist Fuad Səfəroğlu belə hesab edir.

1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən qanlı mart qırğınlarında iştirak etmiş Andranikə abidə mayın 25-də Ermənistan-Rusiya İttifaqının təşəbbüsü ilə Soçidə qoyulub. Lakin Azərbaycan və Türkiyənin müdaxiləsindən sonra elə həmin gecə Soçi şəhəri merinin qərarı ilə sökülüb.

Səfəroğlunun sözlərinə görə, o, Moskvada "Cihan" agentliyinin müxbiri olaraq Türkiyə KİV-də bu hadisə barədə ilk yazanlardan və Türkiyə ictimaiyyətinin diqqətini həmin hadisəyə cəlb edənlərdən biri olub. Bundan sonra həm Türkiyə ictimaiyyəti, həm də bu ölkənin rəsmi şəxsləri bu işə müdaxilə ediblər.

Onun sözlərinə görə, iki il bundan əvvəl ermənilər düz Moskvanın mərkəzində qondarma erməni soyqırımına abidə qoymaq istəyiblər, lakin Azərbaycan və Türkiyənin səyi nəticəsində onların düşündüklərini həyata keçirmək mümkün olmayıb. Ermənilərin bu cür niyyətlərinin iflasa uğramasında Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi böyük rol oynayır.

"Heydər Əliyev Fondu Rusiyada Azərbaycan haqqında real faktları təbliğ etməklə ölkənin imicini yaxşılaşdırır", - cümə axşamı Səfəroğlu Bakıda mətbuat konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti