...

Yaşı 65-dən çox olan təhsil işçilərinin sentyabrdan işdən azad edilməsi gündəmdə deyil-nazir

Cəmiyyət Materials 6 İyul 2011 11:27 (UTC +04:00)
Azərbaycanın orta ümumtəhsil müəssisələrində çalışan, yaşı 65-dən çox olan işçilərin sentyabrdan işdən azad edilməsi hazırda müzakirə mövzusu deyil.
Yaşı 65-dən çox olan təhsil işçilərinin  sentyabrdan işdən azad edilməsi gündəmdə deyil-nazir

Azərbaycan, Bakı, 6 iyul / Trend , müxbir M.Əliyev/

Azərbaycanın orta ümumtəhsil müəssisələrində çalışan, yaşı 65-dən çox olan işçilərin sentyabrdan işdən azad edilməsi hazırda müzakirə mövzusu deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, bununla bağlı onlara hökumət tərəfindən hələ rəsmi heç bir göstəriş verilməyib.

Nazir müəllimlərin attestasiya məsələsinin də gündəmdə olmadığını bildirib.

Azərbaycanda "Dövlət qulluğu haqqında" qanuna əvvəllər edilmiş dəyişikliklərə görə, dövlət qulluqçuları üçün ən son yaş senzi 65 yaş müəyyən edilib.
Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün müəyyənləşdirilmiş yaş senzi elmi-tədqiqat müəssisələrində çalışan şəxslərə, ali məktəb müəllimlərinə şamil olunmayacaq.
65 yaşı tamam olna dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər . Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.

Xəbər lenti

Xəbər lenti