...

Sabah Bakıda havanın temperaturu 40 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 7 İyul 2011 13:05 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Sabah Bakıda havanın temperaturu 40 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Sabah yüksək temperatur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal temperaturun Aran rayonlarında və Naxçıvan MR-da 40-42 dərəcə, Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyədək yüksələcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti