...

Trend BİA və Gürcüstanın "Geo Hot News" informasiya agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 11 İyul 2011 16:56 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi və Gürcüstanın "Geo Hot News" (GHN) informasiya agentliyi informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Trend BİA və Gürcüstanın "Geo Hot News" informasiya agentliyi əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyi və Gürcüstanın "Geo Hot News" (GHN) informasiya agentliyi informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənədi Trend BİA-nin baş direktoru İlqar Hüseynov və GHN-in baş direktoru Qoça Mirtsxulava imzalayıblar.

Sənədə görə, tərəflər operativ informasiya materiallarının, eləcə də Gürcüstan və Azərbaycan ərazisində siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyat haqqında operativ informasiyaların, analitik materialların, eləcə də fotoşəkillərin müntəzəm şəkildə mübadiləsini həyata keçirəcəklər.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Agentlik gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbərlər dərc edir. Trend müştərilərinə siyasət sahəsində aparıcı analitiklər tərəfindən yazılan yüksəkkeyfiyyətli multimedia materialları və analitik məqalələr təklif edir.

"Geo Hot News" 2005-ci ildən Gürcüstanın informasiya agentlikləri bazarında lider mövqeyi tutur. Agentlik ictimaiyyəti Gürcüstanın siyasi, iqtisadi və mədəni həyatı, ölkənin, Cənubi Qafqazın münaqişəli regionlarındakı vəziyyət barədə obyektiv və tutarlı informasiyalarla təmin edir. Materialların hərtərəfli seçimi - məqalələr, təhlil, şərhlər, müsahibə agentliyi başqa analoji şirkətlərdən əsaslı şəkildə fərqləndirir. 2008-ci ildən GHN Gürcüstanı Qara dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasında təmsil edir.

Xəbər lenti

Xəbər lenti