...

Küveytdə ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 11 İyul 2011 16:47 (UTC +04:00)
Küveytin hüquq-mühafizə orqanları ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.
Küveytdə ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Küveytin hüquq-mühafizə orqanları ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Trend-in məlumatına görə, Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli "Arab Times" qəzeti və "əl-Siyasə" xəbər agentliyi bazar ertəsi Küveytin hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb.

Məlumata əsasən, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya vətəndaşları olan altı nəfər ermənidən ibarət peşəkar cinayətkar dəstəni zərərsizləşdiriblər. Tərkibində iki qadın da olan soyğunçu dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3,7 mln $) məbləğində qızıl-zinət əşyaları oğurlayıblar. Onlar yay mövsümündə kommersiya məqsədli viza ilə Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar.

Qəzetin məlumatına əsasən, son zamanlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri 200 min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Polis nəzarət-təftiş işlərini gücləndirib və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyətcə erməni olan Rusiya vətəndaşını həbs ediblər. Sorğu-sual zamanı erməni qızıl-zinət əşyalarının oğurlanmasında mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunçuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib.

Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyətcə erməni olduqları vurğulanır. Hazırda mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.

Xəbər lenti

Xəbər lenti