...

Azərbaycanda I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticəsi açıqlanıb

Cəmiyyət Materials 12 İyul 2011 18:23 (UTC +04:00)
I ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 10-da keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb.
Azərbaycanda I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

2011/2012-ci tədris ili üçün I ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 10-da keçirilən qəbul imtahanlarının nəticəsi açıqlanıb.

Trend-in məlumatına görə, nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nın (TQDK) www.tqdk.gov.az saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə bilərlər.

Bütün ixtisas qrupları üzrə abituriyentlər qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 33 587 abituriyent iştirak etməli olsa da, onlardan 937-si imtahana gəlməyib.

Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti