...

Qəbələdə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2011 16:20 (UTC +04:00)
Bu ilin 15 iyul - 5 avqust tarixlərində Qəbələdə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Qəbələdə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin 15 iyul - 5 avqust tarixlərində Qəbələdə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində pianoçuların II beynəlxalq müsabiqəsi də təşkil olunacaq.

Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Niderland, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər.

Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi, qərargah və işçi qrupu yaradılıb. Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professoru Fərhad Bədəlbəyli, üzvləri İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.

2009-2010-cu illərdə Heydər Əliyev Fondu tərəfindən Qəbələdə I və II Beynəlxalq Musiqi Festivalı keçirilib.

Xəbər lenti

Xəbər lenti