...

Cənubi Qafqazda ömürlük məhkumların problemləri beynəlxalq konfransda müzakirə edilib

Cəmiyyət Materials 18 İyul 2011 13:49 (UTC +04:00)
Cənubi Qafqazda ömürlük azadlıqdan məhrum edilmişlərin problemləri Gürcüstanda keçirilən konfransda müzakirə olunub.
Cənubi Qafqazda ömürlük məhkumların problemləri beynəlxalq konfransda müzakirə edilib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Cənubi Qafqazda ömürlük azadlıqdan məhrum edilmişlərin problemləri Gürcüstanda keçirilən konfransda müzakirə olunub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Həbsxana İslahatları (PRI) təşkilatının mərkəzi ofisinin koordinatorluğu ilə "Cənubi Qafqazda ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraiti və onlarla rəftar" mövzusunda növbəti regional konfrans keçirilib.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistanda ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı aparılmış tədqiqatların nəticələrinə dair məruzələr dinlənilib.

Tədbirdə Penitensiar Xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov təmsil edib və onun tərəfindən "Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə təcrübəsi, ölkənin bu sahədəki qanunvericilik bazası, ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq olunma əsasları, habelə ömürlük azadlıqdan məhkum olunmuş şəxslərin saxlanma şəraiti" mövzusunda təqdimat keçirilib.

Tədbir çərçivəsində beynəlxalq qanunvericiliyin bu sahədəki tələbləri, bir çox ölkələrdə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə rəftar, onların hüquqlarının qorunması təcrübəsi ilə bağlı ətraflı söhbətlər aparılıb, ömürlük azadlıqdan məhrumetmə sahəsində beynəlxalq təcrübə müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti