...

Vüqar Rəhimzadə: Bundan sonra daha məsuliyyətlə çalışacağıq

Cəmiyyət Materials 19 İyul 2011 11:48 (UTC +04:00)
Prezidentin imzaladığı sərəncam "İki sahil" qəzetinin fəaliyyətinə verilən yüksək qiymətdir. Bunu çərşənbə axşamı Trend-ə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə: Bundan sonra daha məsuliyyətlə çalışacağıq

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Prezidentin imzaladığı sərəncam "İki sahil" qəzetinin fəaliyyətinə verilən yüksək qiymətdir. Bunu çərşənbə axşamı Trend-ə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

"Möhtərəm Prezidentimizə ürəkdən minnətdaram, təşəkkür edirəm. Mənim "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməyim fəaliyyətimizə verilmiş çox yüksək qiymətdir. Hesab edirəm ki, bundan sonra işimizə daha da məsuliyyətlə yanaşmalıyıq", - Rəhimzadə əlavə edib.

Vüqar Rəhimzadə milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Rəhimzadə qeyd edib ki, rəhbərlik etdiyi kollektivlə birlikdə Azərbaycan dövlətinin qüdrətlənməsi yönündə görülən işlərə həmişə dəstək olacaq.

"Mətbuat işçisi olaraq Cənab Prezidentin gördüyü işlərə yardımçı olmalıyıq. Var gücümüzlə çalışmalıyıq ki, Azərbaycan dövləti daha da güclənsin, qüdrətlənsin. Biz də bu işlərə yardımçı olduğumuza görə fəxr və qürur hissi keçirək", - o vurğulayıb.

Trend BİA-nın kollektivi adından Rəhimzadəni ali ordenlə təltif olunması münasibətilə təbrik edirik.

Xəbər lenti

Xəbər lenti