...

Azərbaycan aliminin "Ahəngyol" elmi dünyanın diqqətini cəlb edib

Cəmiyyət Materials 20 İyul 2011 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycan sosioloqu Əhməd Qəşəmoğlunun uzun illər ərzində ərsəyə gətirdiyi "Ahəngyol" elmi dünyanın çox nüfuzlu alimlərinin diqqətini cəlb edib və onların müzakirə obyektinə çevrilib. Bu elmi sistemi zəmanəmizin nəhəng alimi Lütfi Zadə bəyənib və onu dövrün ən dəyərli elmi ideyalarının dünyanın aparıcı alimləri tərəfindən müzakirə olunduğu BISC saytına çıxarıb.

"Bu xüsusi sayt müasir elmin ən yüksək zirvələrindən biri sayılır və "Ahəngyol"un burada müzakirəyə çıxarılması həm müəllifin, həm Azərbaycan elminin, həm də ümumilikdə fəlsəfə, sosiologiya elminin böyük uğurudur. İlk dəfədir ki, Azərbaycan elmi bu qədər yüksək bir səviyyədə müzakirəyə çıxarılır", - Qəşəmoğlu bildirib.

"Ahəngyol" elmi (fəlsəfəsi) dünyanın vəhdətdə olduğu həqiqəti qəbul edərək, bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarlarını əsas tutaraq aparılmasını vacib sayır. Elmin bütün nailiyyətlərinə böyük önəm verməklə, onlardan yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri hesab edir. İstənilən sahədə idarəetmənin ən mühüm meyarının harmoniya (ahəng) olduğu fikrində olan müəllif, ahəng qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə böyük üstünlük verir. "Ahəngyol" elmi şərq və qərb fəlsəfəsinin biri-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından dərindən istifadə əsasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti