...

Azərbaycanda anomal isti hava şəraiti ilə bağlı əhaliyə rəsmən xəbərdarlıq edildi

Cəmiyyət Materials 27 İyul 2011 11:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində anomal isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Azərbaycanda anomal isti hava şəraiti ilə bağlı əhaliyə rəsmən xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində anomal isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, iyulun sonunadək ölkə ərazisində anomal isti hava şəraiti davam edəcək, temperaturun Bakıda və Abşeron yarımadasında 38-40, Aran rayonlarında və Naxçıvan MR-da 38-40, bəzi yerlərdə 42, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27, gündüz 36-40 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti