...

Penitensiar Xidmətdə kadr dəyişikliyi olub

Cəmiyyət Materials 27 İyul 2011 15:08 (UTC +04:00)
Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, 10 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub.
Penitensiar Xidmətdə kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi olub.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, 10 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub.

Xidmətin rəisi Mədət Quliyevin əmri ilə 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Mirsaleh Seyidov 10 saylı müəssisəyə rəis təyin edilib.

15 saylı müəssisədə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavini həyata keçirir.

10 saylı cəzaçəkmə müəssisənin rəisi Fikrət İsmayılov isə bir müddət öncə təqaüdə göndərilmişdi.

Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

Xəbər lenti

Xəbər lenti