...

Gürcüstanda iki Azərbaycan vətəndaşı sərhəd rejimi qaydalarını pozduqlarına görə cərimə olunub

Cəmiyyət Materials 1 Avqust 2011 15:01 (UTC +04:00)
Gürcüstanın su sərhədlərində sərhəd rejimi qaydalarını pozduğuna görə bir sıra turistlər cərimə olunublar.
Gürcüstanda iki Azərbaycan vətəndaşı sərhəd rejimi qaydalarını pozduqlarına görə cərimə olunub

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın dəniz sularında sərhəd rejimi qaydalarını pozduğuna görə bir sıra turistlər cərimə olunublar. Bu, Gürcüstanın Batumi və Kobuleti dəniz kurortları akvatoriyasında baş verib.

Trend-ə Gürcüstanın Sərhəd Polisindən verilən məlumata görə, iyulun 30-31-də 6 nəfər cərimə olunub. Onların 2-si Gürcüstan vətəndaşı Teymuraz Qucabidze və Mamuka Cevaişi, 2-si Azərbaycan vətəndaşı Elşən Məmmədov və Sahib Səfərov, 2-si isə Ermənistan vətəndaşı Liana Maçkalyan və Sarqis Çiçoyandır.

Onlar 300 lari (1 dollar = 1,66 lari) məbləğində cərimə ediliblər.

Xəbər lenti

Xəbər lenti