...

Xəzərin ekoloji vəziyyətinə dair iki protokolun imzalanacağı gözlənilir

Cəmiyyət Materials 4 Avqust 2011 12:31 (UTC +04:00)
"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasını imzalayan ölkələrin avqustun 10-11-də Qazaxıstanda iclası keçiriləcək.
Xəzərin ekoloji vəziyyətinə dair iki protokolun imzalanacağı gözlənilir

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Cəfərov/

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasını imzalayan ölkələrin avqustun 10-11-də Qazaxıstanda iclası keçiriləcək.

Trend-in məlumatına görə, Qazaxıstanın Aktau şəhərində keçiriləcək iclasda 2 protokolun imzalanması nəzərdə tutulur.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xəzəryanı ölkələrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxildir.

Xəbər lenti

Xəbər lenti