...

Gürcüstanda şəhər bələdiyyəsinin sədri saxlanılıb

Cəmiyyət Materials 4 Avqust 2011 17:04 (UTC +04:00)
Ozurqeti şəhər bələdiyyəsi administrasiyasının rəhbəri George Takidze vəsaitlərin silinməsinə və rüşvətxorluğa görə polis tərəfindən saxlanılıb.
Gürcüstanda şəhər bələdiyyəsinin sədri saxlanılıb

Gürcüstan, Tbilisi, 4 avqust /Trend, müxbir N.Kirsxaliya/

Ozurqeti şəhər bələdiyyəsi administrasiyasının (Qərbi Gürcüstan, Quriya regionu) rəhbəri George Takidze vəsaitlərin silinməsinə və rüşvətxorluğa görə polis tərəfindən saxlanılıb. O, dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunacaq. Trend-in məlumatına görə, bu barədə Gürcüstan baş prokurorunun müavini David Sakvarelidze deyib.

Takidze Ozurqeti Təmizləmə Xidmətinin keçmiş rəhbəri Merab Kurdqelaşvilidən 20 min lari rüşvət almaqda da təqsirləndirilir.

Takidze ona görə rüşvət alıbmış ki, Kurdqelaşvilinin fırıldaqçılığına göz yumsun. O, daima yanacaq üçün xərcləri şişirdirmiş və vəsaitlərin silinməsi ilə məşğul olurmuş.

Hər iki məmuru 10 ilədək məhbus həyatı gözləyir.

Xəbər lenti

Xəbər lenti