...

Azərbaycanda I sinfə gedəcək uşaqların statistikası açıqlandı

Cəmiyyət Materials 5 Avqust 2011 16:54 (UTC +04:00)
2011-2012-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Azərbaycanda I sinfə gedəcək uşaqların statistikası açıqlandı

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118 947 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin I sinfinə 33 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.

Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər.

İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Xəbər lenti

Xəbər lenti