...

ANAMA NATO ilə birgə bu ilin sonlarınadək yeni layihəyə başlayacaq

Cəmiyyət Materials 8 Avqust 2011 15:59 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) NATO/NAMSA ilə birgə bu ilin sonlarına kimi 64 milyon kvadrat metrlik Ceyrançöl layihəsinin 19 milyon kvadrat metrlik birinci fazasına başlayacaq.
ANAMA NATO ilə birgə bu ilin sonlarınadək yeni layihəyə başlayacaq

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) NATO/NAMSA ilə birgə bu ilin sonlarına kimi 64 milyon kvadrat metrlik Ceyrançöl layihəsinin 19 milyon kvadrat metrlik birinci fazasına başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ANAMA-dan bildirilib.

ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu ilə birgə həyata keçirdiyi Saloğlu layihəsinin bazar ertəsi rəsmi bağlanış mərasimi olub.

Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində yerləşən keçmiş Sovet hərbi bazaları 1991-ci ildə sovet ordusu bu regionu tərk edən zaman dağıdılıb və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla (PHS) çirklənib. Məlumatda bildirilir ki, ANAMA NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu ilə birgə əməkdaşlığı sayəsində qeyd olunan ərazini təmizləyərək tam təhlükəsiz halda təhvil verib. Beş ildən artıq dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5,6 min kvadrat kilometr yerüstü və eyni miqyasda yeraltı təmizləmə əməliyyatları həyata keçirilib, 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti