...

Azərbaycanın beşinci idmançısı London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Cəmiyyət Materials 9 Avqust 2011 11:21 (UTC +04:00)
Azərbaycanın daha bir idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
Azərbaycanın beşinci idmançısı London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycanın daha bir idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, həmyerlimiz İradə Aşumova Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatında uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb.

Aşumova London-2012-yə vəsiqə qazanan beşinci idmançımız olub.

Xəbər lenti

Xəbər lenti