...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 10 Avqust 2011 12:00 (UTC +04:00)
Azərbaycanda sabah mülayim hava şəraiti davam edəcək
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabah mülayim hava şəraiti davam edəcək.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 30-34 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti