...

TQDK qəbul olanların sənəd təqdim etmələrinin son müddətini açıqlayıb

Cəmiyyət Materials 12 Avqust 2011 11:19 (UTC +04:00)
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtı müəyyənləşib
TQDK qəbul olanların sənəd təqdim etmələrinin son müddətini açıqlayıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların daxil olduqları təhsil müəssisəsinə sənəd təqdim etmələrinin son müddətini açıqlayıb. Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar avqustun 18-dək, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanlar avqustun 12-dən 18-dək, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olanlar - avqustun 11-dən 19-dək, tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar - avqustun 15-dən 29-dək sənədlərini təqdim etməlidirlər.

O bildirib ki, qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Abbaszadənin sözlərinə görə, Azərbaycanda orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının avqustun 28-də keçiriləcək.

Qəbul imtahanlarında iştirak etmək üçün ilkin statistik məlumatlara görə, bu məqsədlə 31 min 272 nəfər ərizə verib.

TQDK-nın ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun müddəti avqustun 1-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti