...

Ermənistanda doğum sayı azalıb, ölüm göstərici isə artıb

Cəmiyyət Materials 12 Avqust 2011 13:43 (UTC +04:00)
Ermənistanda doğum sayı azalıb, ölüm göstərici isə artıb
Ermənistanda doğum sayı azalıb, ölüm göstərici isə artıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin rəisi Karine Kuyumcyan bu gün 2011-ci ilin birinci yarısının demoqrafik məlumatlarını təqdim edib. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" yazır.

Kuyumcyan bu gün keçirilən mətbuat konfransında bildirib ki, ötən illə müqayisədə doğum göstəricisi 4,4 faiz azalıb, ölüm göstəricisi isə 3,2 faiz artıb.

"2011-ci ilin iyuluna olan məlumata görə, 20 102 yeni doğulmuş körpə qeydə alınıb. Ötən il bu göstərici 21 029 olub. Bundan başqa, 14 743 ölüm halı qeydə alınıb. Ötən il bu göstərici 14 290 olub. Buna müvafiq olaraq, əhalinin təbii artım göstəricisi 20,5 faiz (5359) azalıb", - o deyib.

Demoqrafiya şöbəsinin rəisi onu da bildirib ki, nikahların sayı 7,2 faiz artıb (9264). Ötən il bu göstərici 8732 olub.

Xəbər lenti

Xəbər lenti