...

Vətəndaşların Bakıdakı videokameralardan görüntüləri internet vasitəsilə canlı izləməsi mümkün ola bilər

Cəmiyyət Materials 19 Avqust 2011 11:16 (UTC +04:00)
Yaxın gələcəkdə Bakı küçələrində qoyulmuş videokameralardan olan görüntüləri internet vasitəsilə canlı izləmək mümkün olacaq
Vətəndaşların Bakıdakı videokameralardan görüntüləri internet vasitəsilə canlı izləməsi mümkün ola bilər

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Əgər texniki vasitələr imkan verərsə, yaxın gələcəkdə Bakı küçələrində qoyulmuş videokameralardan olan görüntüləri internet vasitəsilə canlı izləmək mümkün ola bilər. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin facebook sosial şəbəkəsindəki ictimai səhifəsinin adminstratoru Samir Qocayev məlumat verib.

Qocayev bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Ictimai Səhifəsinin yaxın vaxtlarda istifadəyə veriləcək internet saytında (www.bsdypi.az və www.ypx.az) vətəndaşlar paytaxtın bəzi küçələrindəki videokameralardan olan görüntüləri canlı izləyə bilərlər.

Sayt üzərində son tamamlama işlərinin aparıldığını deyən Qocayev bildirib ki, saytda yaradılacaq sual-cavab bölməsində vətəndaşları maraqlandıran suallar online qaydasında cavablandırlacaq.

Saytda video kameralardan olan görüntülər, yol polisinin keçirdiyi reydlər, digər tədbirlər barədə məlumatlar və şəkillər, yol-nəqliyyat hadisələri barədə məlumatlar da yerləşdiriləcək.

Qocayev bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin facebookdakı sosial şəbəkəsindəki ictimai səhifəsində vətəndaşların yol-hərəkət qaydaları ilə bağlı ünvanladığı suallar tez-tez itdiyindən, sualları operativ cavablandırmaq mümkün olmurdu. Bu səbəbdən də səhifənin internet səhifəsinin yaradılması zəruri hesab olunub.

Sayt milli videoservis olan www.video.az tərəfindən hazırlanır.

Sayt yaxın günlərdə istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti