...

Azərbaycanın fövqəladə hallar naziri Fələstin səfirini qəbul edib

Cəmiyyət Materials 24 Avqust 2011 18:52 (UTC +04:00)
Trend-in FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Azərbaycanın fövqəladə hallar naziri Fələstin səfirini qəbul edib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov çərşənbə günü Fələstinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimi qəbul edib.

Trend-in FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Heydərov qonağa nazirliyin struktur bölmələri və fəaliyyəti haqqında ətraflı məlumat verərək tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Öz növbəsində səfir də bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti