Azərbaycan, Bakı, 25 avqust /Trend/
Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatının ikinci günündə Azərbaycan idmançısı qızıl medal qazanıb.
Trend-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, 54 kq çəki dərəcəsində çıxış edən Sultan Nəsrullayev ardıcıl olaraq Ermənistan, Rusiya, Gürcüstan və Hindistandan olan rəqiblərinə qalib gəlib və qızıl medal qazanıb.
Yeniyetmələrin dünya çempionatında başa çatan sərbəst güləş yarışlarında Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal qazanıblar. Ümumi komanda hesabında Azərbaycan yığması 47 xalla 6-cı yeri tutub. Komandamızı Rusiya, İran, Hindistan, Qazaxıstan və ABŞ yığmaları qabaqlayıb.
DÇ-də bu gün və sabah yeniyetmə qızlar mübarizəyə qoşulacaqlar. Çempionatın son günlərində isə Yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.