...

Azərbaycan və Pakistanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb

Cəmiyyət Materials 27 Avqust 2011 14:20 (UTC +04:00)
Azərbaycan Müəllimlər İnstitutu ilə Pakistanın Cənubi Punjab Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Pakistanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Müəllimlər İnstitutu ilə Pakistanın Cənubi Punjab Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Müəllimlər İnstitutundan şənbə günü Trend-ə verilən məlumata görə, sənədin məqsədi iki ölkənin adıçəkilən məktəbləri arasında akademik, elmi və mədəni əlaqələri inkişaf etdirməkdir.

Memorandum qarşılıqlı maraq doguran bir çox sahələrdə birgə elmi tədqiqatların aparılması, tələbə mübadiləsi, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti