...

Trend BİA təşkilati strukturunu təkmilləşdirib

Cəmiyyət Materials 1 Sentyabr 2011 08:00 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi ( BİA ) bu gün idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsalatın və xəbər satışının birləşdirilməsi məqsədilə öz daxili strukturunda islahatlar aparıldığını bəyan edib.
Trend BİA təşkilati strukturunu təkmilləşdirib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend /

Trend Beynəlxalq İnformasiya Agentliyi ( BİA ) bu gün idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsalatın və xəbər satışının birləşdirilməsi məqsədilə öz daxili strukturunda islahatlar aparıldığını bəyan edib.

Trend BİA-nın təkmilləşdirilmiş strukturuna, həmçinin, beş müstəqil - Azərbaycan, ingilis, rus, ərəb və fars xəbər xidmətləri daxildir . Xidmətlər ölkələr və regionlardakı hadisələrə dair dil auditoriyasına uyğun xəbərlər istehsal edəcəklər. Xəbər istehsalında əvvəlki kimi Azərbaycanla yanaşı, Cənubi Qafqaz, Xəzər, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə də geniş diqqət ayrılacaq.

Trend BİA-da dinamik inkişaf etməkdə olan beynəlxalq xəbərlər bazarı şəraitində idarəetmənin optimallaşdırılması məqsədilə kommersiya xidmətinin işi də təkmilləşdirilib. Müasir CRM sistemi ilə təchiz olunan çoxdilli kommersiya xidməti ölkədə və xaricdəki hər bir müştəri ilə effektiv iş aparır, marketinq araşdırmaları həyata keçirir, daimi əsasda Trend-in məhsullarının rəqabət qabiliyyətlini qiymətləndirir, xəbərlər biznesin və analitik materialların istehlakçılarının üstünlüklərini analiz edir.

Siyasi və qlobal iqtisadi analiz daxil olmaqla, informasiya məhsulları xəttini tədricən quracaq Analitik xəbər agentliyinə ayrıca struktur ayrılıb.

Trend haqqında

Trend özəl informasiya agentliyi 1995-ci ildə yaradılıb. 2010-cu ildə Trend Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv seçilib.

Trend Xəzəryanı region, Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasəti və iqtisadiyyatı haqqında etibarlı və operativ xəbər mənbəyi kimi tanınıb.

"Moody's International" Trend -a xəbərlərin və analitik məqalələrin, eləcə də video-foto materialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət Trend-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.

2011-ci ilin yanvar-iyul aylarında Trend Beynəlxalq İnformasiya Agentliyinin www.Trend.Az internet resurslarına baxış ötən ilin müvafiq dövründəki 10,7 milyona qarşı 17,4 milyon səhifəni ötüb.

"Google Analytics" xidmətinin məlumatına görə, 2011-ci ilin yanvar-iyul ayları ərzində Trend BİA-nın saytına daxil olanların sayı təxminən 5,35 milyon olub. Bu, 2010-cu ilin analoji göstəricisindən 4,2 faiz çoxdur.

Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Orada Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun xülasəsidir. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin xülasəsi, "Trend Finances" ixtisaslaşmış nəşri maliyyə sektorunun məlumat xülasəsi, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsidir.

Trend-in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət strukturları, dünyanın iri kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər var.

Xəbər lenti

Xəbər lenti