...

Bakıda Dünya Gənclər Bankının regional ofisi açılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 17:02 (UTC +04:00)
Bakıda Dünya Gənclər Bankının ofisinin açılışı olacaq.
Bakıda Dünya Gənclər Bankının regional ofisi açılacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Dünya Gənclər Bankının ofisinin açılışı olacaq. Bu barədə cümə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 2-də açılışı nəzərdə tutulan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyi lə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) Bakı regional ofisində Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla, 14 ölkə təmsil olunur.

2002-ci ildə yaradılan bu təşkilat BMT-nin İqtisadi Komissiyası, Global Compact və Dünya Bankı tərəfindən təsis edilib. Təşkilatın əsas fəaliyyət istiqaməti BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq fəaliyyət göstərməsi, gənclər üçün yeni iş yerlərinin açılması və digər proqramların həyata keçirilməsidir.

Azərbaycanda fəaliyyət göstərəcək bankın regional ofisi Şəbəkənin sayca altıncı regional ofisi olacaq.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fikrət Akçura, Baş nazirin müavini Əli Həsənov, beynəlxalq qurumların nümayəndələri, səfirlər, millət vəkilləri və vətəndaş cəmiyyətinin üzvləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti