...

İnternetin sürəti yüz dəfə arta bilər

Cəmiyyət Materials 2 Sentyabr 2011 12:42 (UTC +04:00)
Britaniyalı alimlər Rusiyanın Nobel mükafatı laureatları Andrey Qeym və Konstantin Novoselovla birlikdə internetə qoşulmanın sürətləndirilməsinin yeni metodunu yaradırlar. Trend-in məlumatına görə, bu barədə Ukrinform Newsland veb-resursuna istinadən xəbər verir.
İnternetin sürəti yüz dəfə arta bilər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Britaniyalı alimlər Rusiyanın Nobel mükafatı laureatları Andrey Qeym və Konstantin Novoselovla birlikdə internetə qoşulmanın sürətləndirilməsinin yeni metodunu yaradırlar. Trend-in məlumatına görə, bu barədə Ukrinform Newsland veb-resursuna istinadən xəbər verir.

Hazırda onlar qrafenlə tədqiqat aparırılar. Alimlərin fikrincə, bu material müasir fotodetektorları (işıq siqnalını elektrikə çevirən qurğu) əvəz edə biləcək.

Yeni materialın əsas və yeganə çatışmazlığı işıqudma qabiliyyətinin aşağı olmasıdır. Lakin alimlər qrafenə metal nanostuktorlar yerləşdiriblər ki, bu da innovasiya materialına işığı indiki mövcud texnologiyadan 20 dəfə effektiv udmağa və onu başqa şəklə salmağa imkan verəcək.

Məlumdur ki, qrafen kristal struktura və bir atom qalınlığa malik nazik təbəqədir. Bu təbəqə ikiölçülüdür, ona görə də onun düyününün hər vəziyyətini adətən olduğu kimi üç deyil, iki koordinatın köməyi ilə təsvir etmək olar. Material şəffafdır və əla keçiricidir. Bu da sensor displeylərin yeni nəslinin yaradılması üçün ən vacibdir. Həmçinin alimlər bəyan edirlər ki, onun köməyi ilə internetin sürətini yüz dəfələrlə artırmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti