...

Azərbaycan və Portuqaliya gəncləri arasında əməkdaşlıq genişlənəcək

Cəmiyyət Materials 5 Sentyabr 2011 16:02 (UTC +04:00)
Azərbaycan Portuqaliya ilə gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək.
Azərbaycan və Portuqaliya gəncləri arasında əməkdaşlıq genişlənəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliya Gənclər və İdman Katibliyi ilə gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Portuqaliyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Portuqaliya Gənclər İnstitutunu ziyarət edəcək, gənclər mərkəzlərinin fəaliyyəti ilə tanış olacaq.

Səfər "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə imzalanmış "2011-2012-ci illər üzrə dövri illik İş Planı" çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti