...

Korrupsiyaya yol verdiyi üçün Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub

Cəmiyyət Materials 19 Sentyabr 2011 15:52 (UTC +04:00)
Korrupsiya hüquqpozmasına yol verdikləri üçün Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.
Korrupsiyaya yol verdiyi üçün Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Korrupsiya hüquqpozmasına yol verdikləri üçün Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin əməkdaşlar daxili işlər nazirinin 16 sentyabr 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar.

Xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilmədiklərinə görə 2 taqım komandiri ciddi xəbərdar olunub.

Xəbər lenti

Xəbər lenti