...

Xəzər Universitetində yay məktəbinin alman tələbələrdən ibarət iştirakçıları Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində olublar

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:10 (UTC +04:00)
Mərkəz haqqında geniş təqdimatla çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov yay məktəbinin iştirakçılarına mərkəz haqqında geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Xəzər Universitetində yay məktəbinin alman tələbələrdən ibarət iştirakçıları Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində olublar

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Xəzər Universitetinin DAAD GO EAST proqramı çərçivəsində keçirilən "Cənubi Qafqaz və Orta Asiyada enerji təhlükəsizliyi" mövzusunda yay məktəbinin alman tələbələrdən ibarət iştirakçıları universitetin Beynəlxalq Tələbə və Mütəxəssislər Mərkəzinin koordinatorluğu ilə sentyabr 18-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində olublar.

Mərkəz haqqında geniş təqdimatla çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov yay məktəbinin iştirakçılarına mərkəz haqqında geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Təqdimatdan sonra tələbələr və proqram təşkilatçıları mərkəzin açılış videosunu izləyib, ərazidə olan qurğuların idarə edilməsi prosesi ilə və poliqondakı külək, günəş və bio enerji stansiyalarının işləməsi prosesi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti