...

Azərbaycan baş prokuroru birinci müavininin səhhəti ilə bağlı rəsmi məlumat yayıldı

Cəmiyyət Materials 22 Sentyabr 2011 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir B.Hacıyev/

Baş Prokurorluq cümə axşamı bəzi KİV-lərdə Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubovun səhhəti ilə bağlı dərc olunmuş məlumata aydınlıq gətirib.

"Rüstəm Usubovun səhhəti ilə bağlı dərc olunmuş məlumatı həqiqətə və obyektiv reallığa uyğun olmayan, etik davranış tələblərini pozmaqla insan heysiyyatına toxunan yazı kimi qiymətləndiririk", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi, baş ədliyyə müşaviri Natiq Hüseynovun adından yayılmış açıqlamada deyilir.

Məlumatda bildirilir ki, həqiqətən, Belarusda səfərdə olarkən iştirak etdiyi beynəlxalq tədbir başa çatdıqdan bir neçə saat sonra səhhətində yaranmış problemlə əlaqədar baş prokurorun birinci müavini Rüstəm Usubov Minsk şəhərində tibb müəssisəsinə müraciət etməklə müvafiq müalicə alıb və yaxın günlərdə xidməti vəzifələrinin icrasına başlayacaq.

"Bu məsələ ilə əlaqədar Baş Prokurorluğun rəsmi mövqeyi öyrənilmədən və jurnalist etikası qaydaları pozulmaqla yazılan qeyd olunan məlumat ictimai rəyi çaşdırmaq və ucuz sensasiya yaratmaq məqsədi daşıyır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti