...

Siqaret çəkmək yaddaşın itirilməsinə səbəb olur

Cəmiyyət Materials 26 Sentyabr 2011 12:07 (UTC +04:00)
Siqaret çəkmək yaddaşın itirilməsinə səbəb olur
Siqaret çəkmək yaddaşın itirilməsinə səbəb olur

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Siqaret çəkmək yaddaşın qismən itirilməsinə gətirib çıxarır. Nyukasldakı Nortumbriya Universitetinin britaniyalı alimləri bu qənaətə gəliblər. Onlar müəyyən ediblər ki, siqaretdən imtina edənlərin məlumatı heç vaxt siqaret çəkməyən adamlar səviyyəsində yadda saxlamaq qabiliyyəti bərpa olunub. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Təcrübədə 70 könüllü iştirak edib, onlardan 27-si siqaret çəkən, 24-ü çəkməyən, 18-dən 25-dək yaş həddində olan kişi və qadınlardır. Təcrübə keçirmək üçün onlara universitet şəhərciyində gəzərək xüsusi yerlərdəki müəyyən əşyaları xatırlamaq tapşırılıb. Tədqiqatın rəhbəri Tom Heffernanın sözlərinə görə, siqaret çəkənlər bu tapşırığın öhdəsindən pis gəliblər. Onlar tələb olunan informasiyanın yalnız 59 faizini yadda saxlaya biliblər. Lakin pis vərdişdən imtina edənlərin yaddaşlarında 74 faiz, çəkməyənlərinkində isə 81 faiz məlumat qalıb.

Xəbər lenti

Xəbər lenti