...

"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat zamanı silah-sursat aşkarlanıb

Cəmiyyət Materials 26 Sentyabr 2011 12:23 (UTC +04:00)
Trend-in bazar ertəsi DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Oğuz rayonu ərazisindən 2 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 1 ədəd alışdırıcı, 2 ədəd fişəng və 179 ədəd müxtəlif çaplı patronlar tapılıb.
"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat zamanı silah-sursat aşkarlanıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.

Trend-in DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Oğuz rayonu ərazisindən 2 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 1 ədəd alışdırıcı, 2 ədəd fişəng və 179 ədəd müxtəlif çaplı patronlar tapılıb.

Qax rayonu ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 ton 446 kiloqram olan 16 min 334 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Tədbirlər zamanı Xaçmaz rayonu ərazisindən 1 ədəd ov tüfəngi, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 210 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd patron darağı tapılıb.

"Sərhəd-2011" əməliyyatları Azərbaycan və Rusiya sərhədində keçirilir.

Xəbər lenti

Xəbər lenti