...

Azərbaycanlı bakalavrlar Koreyada magistr təhsili ala biləcəklər

Cəmiyyət Materials 26 Sentyabr 2011 16:19 (UTC +04:00)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri üçün magistr proqramları təklif edir.
Azərbaycanlı bakalavrlar Koreyada magistr təhsili ala biləcəklər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri üçün magistr proqramları təklif edir. Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, İnkişaf Siyasəti üzrə Magistr Proqramı Dövlət Siyasəti və İdarəçiliyi üzrə Koreya İnkişaf İnstitutunda 13 ay müddətində həyata keçiriləcək.

Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramı isə Ajou Universiteti nəzdində Beynəlxalq Araşdırmalar üzrə Ali Məktəbdə reallaşacaq. Proqramın müddəti 16 aydır.

Proqramda iştirak etmək arzusunda olan ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı, həmçinin müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalıdır. Namizəd ingilis dilini yüksək səviyyədə bilməli, tibbi cəhətdən sağlam olmalı, əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.

İnkişaf Siyasəti üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini oktyabrın 14-ə qədər, Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər isə oktyabrın 31-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti