...

Azərbaycan-Avstriya oyununun biletləri qadınlara pulsuz paylanacaq

Cəmiyyət Materials 28 Sentyabr 2011 10:46 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də saat 21:00-da "Dalğa Arena"da (Mərdəkan qəsəbəsi) keçiriləcək Azərbaycan-Avstriya oyununu izləmək istəyən qadınlara biletləri pulsuz təqdim edir.
Azərbaycan-Avstriya oyununun biletləri qadınlara pulsuz paylanacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də saat 21:00-da "Dalğa Arena"da (Mərdəkan qəsəbəsi) keçiriləcək Azərbaycan-Avstriya oyununu izləmək istəyən qadınlara biletləri pulsuz təqdim edir. Bu barədə Trend-ə AFFA-dan bildirilib.

Bunun üçün "Dalğa Arena"nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində "Qadınlar üçün pulsuz bilet" sözləri yazılacaq. Oyunu izləmək istəyən qadınlar qarşılaşmanın başlanmasına iki saat qalmış həmin kassaya yaxınlaşaraq pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək. "Dalğa Arena"nın 10 B sektoru qadınlar üçün ayrılıb.

Xəbər lenti

Xəbər lenti