...

Beynəlxalq ekspertlər Azərbaycanda peşə standartlarının hazırlanması ilə bağlı vəziyyəti öyrəniblər

Cəmiyyət Materials 28 Sentyabr 2011 14:16 (UTC +04:00)
Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək "Kənd təsərrüfatı sahəsində ilkin peşə təliminin hazırlığının inkişaf etdirilməsi" layihəsini reallaşdırmaq üçün sentyabrda ölkəmizə səfər edən beynəlxalq ekspertlər peşə standartlarının hazırlanması ilə bağlı vəziyyəti öyrəniblər.
Beynəlxalq ekspertlər Azərbaycanda peşə standartlarının hazırlanması ilə bağlı vəziyyəti öyrəniblər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək "Kənd təsərrüfatı sahəsində ilkin peşə təliminin hazırlığının inkişaf etdirilməsi" layihəsini reallaşdırmaq üçün sentyabrda ölkəmizə səfər edən beynəlxalq ekspertlər peşə standartlarının hazırlanması ilə bağlı vəziyyəti öyrəniblər. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra hər ay müxtəlif missiyalar üzrə beynəlxalq ekspertlər Azərbaycana səfər edəcəklər.

Məmmədov bildirib ki, layihədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi əsas müddəalardandır.

Layihə çərçivəsində kənd təsərrüfatı üzrə peşə məktəbinin nə vaxt yaradılacağı isə hələ bəlli deyil. Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq Azərbaycan hökumətinə təqdim ediləcək. Daha sonra isə hökumət bununla bağlı qərar verəcək.

Məmmədov deyib ki, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təliminin hazırlığının inkişaf etdirilməsi" layihəsinin dəyəri 1,2 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti